Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Şərur rayonunun bəzi kəndlərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 76 mm-lik siyirtmənin yenisi ilə əvəz olunması ilə əlaqədar olaraq Şərur rayonunun Maxta, Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində qaz təchizatı iyunun 13-də saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Xocəsən" və "Sulutəpə" ortatəzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə iyunun 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, A.M.Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İmişli rayonunun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Otuzikilər" ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik "Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi" və diametri PE 225 mm-lik "Aranlı kənd" orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar, 13.06.2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumi 10591 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.