Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Niderlandlı futbolçu həbs edildi
Rusiyanın "Spartak Moskva" klubunun keçmiş hücumçusu, hazırda "Dubay Yunayted" (BƏƏ) komandasında çıxış edən Kvinsi Promes Niderlanda ekstradisiya tələbi ilə Dubayda həbs edilib.
Oxu.Az bu barədə "De Telegraaf" nəşrinə istinadla xəbər verir.
Promesin ötən gecə sonra evində həbs edildiyi bildirilir. O, Dubaydakı təcridxanaya köçürülüb.
33 yaşlı hücumçu təyyarə ilə Niderlanda çatdırıla bilər. Orada onu 7.5 il müddətinə həbs cəzası gözləyir.
Xatırladaq ki, bir müddət əvvəl Amsterdam məhkəməsi Promesi qadağan olunmuş maddələrin qaçaqmalçılığını təşkil etdiyinə görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum etmişdi.
