“Azərbaycanda 300-dən çox gənclər təşkilatı var. Demək olmaz ki, onların hamısını eyni səviyyədə fəaldır”.
Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.
Onun sözlərinə görə, bu təşkilatların fəaliyyətini üç yerə bölmək olar:
“Birinci bu missiyanı dərk edənlərdir. Həmin təşkilatlar öz töhfələrini veriblər. Bu, 300 təşkilatın yarısını təşkil edir. Digər hissələrdən biri ara-sıra adını eşitdiyimiz təşkilatlardır. Elə təşkilat var ki, qrant müsabiqəsi zamanı fəallaşırlar”.
“Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanda gənclər təşkilatlarının fəaliyyətini yaxşı qiymətləndirirəm”, – deyə nazir müavini qeyd edib.
İlhamə Əbülfət