Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İşğaldan azad edilmiş ərazilərdə Od çərşənbəsi qeyd olunub
İşğaldan azad edilmiş ərazilərdə çərşənbə tonqalları qalanıb.
Oxu.Az xəbər verir ki, Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi qeyd olunub.
Belə ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.

Ağdərə rayonunun Həsənriz kəndində 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi qeyd edilib.
Ötən gün doğma ocaqlarına köçürülən kənd sakinləri bayram tonqalı ətrafında rəqs ediblər.
Xankəndi şəhərində də insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq Od çərşənbəsini qeyd ediblər. Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb.
Çərşənbə ab-havası Zəngilan və Laçında da hiss olunub.
Sakinlər bildiriblər ki, çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsini, həm də istiliyin, həyat enerjisinin və diriliyin rəmzini ifadə edir.
@oxuaz 🔥 Zəngilanda Od Çərşənbəsi xüsusi bir ruhla qeyd olundu ✨ #zəngilan #odçərşənbəsi #azərbaycan #təbiət#bayram #tiktokazərbaycan #tiktoktrending #xəbərlər
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər


"Ağdərə rayonu" teqi üzrə xəbərlər
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib
- Ağdərədə qanunsuz erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edildi
- Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb
- Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır