Bu gün İsmayıllıda ikinci zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

10:04
Azərbaycanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ saat 04:32:56-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,4 bal, dərinliyi 8 km olub.
Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
E.Ə.
www.oxu.az