Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Masallıda güclü külək binanın dam örtüyünü uçurub – YENİLƏNİB + FOTO
Masallı rayonunda güclü külək ciddi fəsadlar törədib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-nın cənub bürosuna Masallı Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılov məlumat verib.
Onun sözlərinə görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb.
Hazırda ərazi ağır texnikaların və canlı qüvvənin köməkliyi ilə təmizlənir. Sabah binanın dam örtüyü yenidən bərpa olunacaq. Bundan başqa güclü külək beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib, 110 kilovatlıq yarımstansiyada qəza baş verib, transformatorlar sıradan çıxıb.
Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırlması istiqamətində işlər davam etdirilir.
26.09.2017 23:30
Masallı rayonunda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.
Hadisə nəticəsində yaxınlıqda park edilən 5-6 avtomobilə ciddi ziyan dəyib.
Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub.
S.B.
www.oxu.az
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb