Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mingəçevirdə elektrik enerjisinin verilişində fasilə yaranıb
Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, fasilə 6 kV-luq "Karxana -61" hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq.
"Elektrik təchizatında fasilələr" teqi üzrə xəbərlər
Ən çox oxunanlar