Moskvada iki motosikletçini vurub qaçan azərbaycanlı barəsində cinayət işi açılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya KİV-i verdiyi məlumata görə, yüksək sürətdən yaranan qəza nəticəsində baykerlərdən biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Artıq 1991-ci il təvəllüdlü Ağəli Ələkbərov barəsində axtarış elan olunub.
Məlumata görə, azərbaycanlı qəza törətdikdən sonra yaralanan baykerə yardım etməyib. Qəzadan bir müddət sonra ora Qafqaz nömrələri olan bir neçə avtomobil də gəlib və hadisə baş verən yerdə çəkiliş aparan digər baykeri təhdid etməyə başlayıblar.
Baykerlərlə qafqazlılar arasında yaranan qarşıdurma polisin müdaxiləsi ilə başa çatıb. Motosikilestlər iddia edir ki, qafqazlılar polislərin yanında onları təhdid edərək öz yoldaşlarını (Ağəli Ələkbərov) pulla satın alacaqlarını deyiblər.
Rusiya mətbuatının polisdəki mənbələrə əsasən yaydığı xəbərə görə, saxlanan şəxs 22 yaşlı azərbaycanlı Ələkbərov Ağəli İslahan oğludur.