Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin bir qrup əməkdaşı rəhbərliyin əmək müqavilələrində dəyişiklik etdiyini iddia edir.
OxuAz xəbər verir ki, şikayətçilər bu barədə İctimai TV-yə danışıblar.
Əməkdaşların sözlərinə görə, ötən ayın sonunda SİMA platforması vasitəsilə əmək müqavilələrini yeniləmək istəyərkən sənəddə əvvəlki şərtlərdən fərqlənən müddəalarla qarşılaşıblar.
"Biz pedaqoq kimi natamam iş saatı ilə işləyirik. Hər dərs saatımız 13 manat 60 qəpiklə hesablanır, amma bu müqaviləyə görə, indi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq", - deyə müəllimlərdən biri bildirib.
Daha ətraflı videomaterialda: