Tailandın şimal-şərqindəki Mukdahan əyalətində avtomobil insanlara çırpılıb. Nəticədə səkkiz buddist rahib həlak olub, 13 nəfər isə ağır xəsarətlər alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Khaosod" qəzeti məlumat verir.
Tailand polisinin məlumatına görə, hadisə yerinə gələn xilasedicilər və həkimlər xəsarət alanları yolun hərəkət hissəsində və yolun kənarında tapıblar. Beş rahib aldıqları xəsarətlərdən hadisə yerində, daha üçü isə sonradan həyatını itirib.
İstintaqın ilkin məlumatlarına görə, avtomobilin sükanı arxasında yetkinlik yaşına çatmayan azyaşlı oğlan olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faciənin başvermə şəraitini və səbəblərini araşdırmağa davam edirlər.