Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naftalanda 34 yaşlı kişi itkin düşüb
Naftalan şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Talıbov iyulun 29-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, itkin düşən şəxsin boyu 170 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.
Sonuncu dəfə evdən gedərkən əynində qara köynək, göy cins şalvar və ağ idman ayaqqabısı olub.
"Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 şəhər və (070) 510-33-22 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Tovuzda məktəbli qız evdən niyə qaçıb? - Özü DANIŞDI
- İtkin düşən məktəbli qız Gəncəyə gedibmiş - Sonuncu dəfə avtobusdan düşəndə görüblər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Ötən gün 48 cinayətin üstü açılıb
- Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı