Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

NKVD Çəmənzəminlinin otağında nə tapdı? - Yazıçıya və ailəsinə edilən zülmlər
Tarixin tozlu səhifələrində elə insanlar var ki, onların həyatına nəzər salanda xalqımızın müxtəlif dövrlərdə keçdiyi çətin proseslər daha aydın görünür. Belə şəxsiyyətlərdən biri də ömrü istiqlal arzusu ilə repressiya qaranlığı arasında qalan Yusif Vəzir Çəmənzəminlidir.
O, Ukraynada Müsavat Partiyasının Kiyev şöbəsinin sədri olur, 1919-cu ildə əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı, daha sonra İstanbuldakı səfiri təyin olunur. AXC-nin süqutu ilə diplomatik missiyası yarımçıq qalan Y.V.Çəmənzəminli ağır şəraitdə Parisdə yaşamağa məcbur olur.
O, Parisdəki çətin günlərdən sonra 1926-cı ildə Vətənə qayıdır. Lakin 1937-ci ilin repressiyaları ədibin həyatına ağır zərbə vurur, Özbəkistana köçsə də, 1940-cı ildə həbs edilir. Y.V.Çəmənzəminlinin nəvəsi Leyla Vəzirova ədibin yaşadığı çətinliklərdən bəhs edib.
"Onun qaldığı otaqda Daxili İşlər Xalq Komissarlığı (NKVD) tərəfindən axtarış keçirirlər. Bu zaman oradakı əşyalar siyahıya alınır. Təbii ki, həmin siyahıda əks-inqilabçıya uyğun heç nə tapılmır. Siyahıda həm də oğlan uşaqlarına məxsus 2 palto və 1 kukla yer alır", - deyə o bildirib.
Y.V.Çəmənzəminli Bakıya gətirildikdən sonra "xalq düşməni" kimi damğalanaraq 6 ay Keşlə həbsxanasında saxlanılır, daha sonra SSRİ-nin ucqar bölgələrindən biri olan Qorki (indiki Nijni Novqorod) vilayətinin "Suxobezvodnaya" stansiyasındakı düşərgəyə sürgün edilir. Orada ağır şəraitdə saxlanılan Y.V.Çəmənzəminli 1943-cü il yanvarın 3-də aclıqdan vəfat edir.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyevdən TƏKLİF: "Jurnalistlər üçün dini sahədə treninqlər keçirilsin"
- Günvurmanın əsas əlamətləri: Özümüzü necə qoruyaq?
- Maliyyə Nazirliyinin vəsaitlərinin banklara təsiri: İqtisadçıdan mühüm açıqlama
- Qərbi Azərbaycan Xronikası: Aşağı Kilsə - Böyük Qarakilsənin qədim məskəni
- Rəşad Məcid: "Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə qarşı mübarizə olub"