Avtomobil almaq bu qədər asan olmamışdı!
“Changan Azərbaycan” və “Skoda Bakı Mərkəzi”nin elan etdiyi Yay kampaniyası bitmək üzrədir.
10% ilkin ödəniş, 10%-dən başlayan illik faiz dərəcəsi ilə ölkənin ən sərfəli kredit şərtlərindən yararlanmaq üçün tələsin! Sərfəli kredit şərtlərindən yararlanmaq üçün son tarix 14 sentyabrdır.
Nümunə üçün: “Changan Eado DT” modeli üçün bütün xərclər daxil 4795 AZN ödəniş etmək kifayətdir. Beş illik kredit şəklində əldə etdikdə isə aylıq ödəniş cəmi 655 AZN təşkil edir.
“Skoda Fabia Combi” üçün isə bütün xərclər daxil 4630 AZN, beş illik kredit şərti ilə aylıq 633 AZN tələb edilir. Qeyd edək ki, kampaniyanın bitməsinə çox az qaldı.
Hazırda “Changan” Çinin ən böyük avtomobil istehsalçısıdır və ildə üç milyondan artıq avtomobil istehsal edir. Bu, həm də təqdim edilən modellərin müxtəlifliyini artırır. Ölkəyə yeni gətirilən “Changan” CS15, CS75 Plus, CS85 və CS95 SUV tipli modelləri, habelə “Eado Plus”, “Eado DT” sedan və F70 pikap modeli müştərilərə təqdim olunur.
İl yarımlıq fəaliyyəti dövründə “Skoda Bakı Mərkəzi” yüksək keyfiyyətli modelləri ilə müştərilərinin etibarını qazanıb. Burada təqdim edilən “Skoda Kodiaq”, “Karoq”, “Kamiq”, “Scala”, “Fabia Combi” və “Superb” modelləri hazırki güzəştli kredit şərtləri ilə təqdim edilir.
Qeyd olunan güzəştli şərtlərdən yararlanmaq üçün “Changan Azərbaycan” və “Skoda Bakı Mərkəzi”nə yaxınlaşa bilərsiniz. Avtosalonlar Babək prospekti 74 ünvanında yerləşir. Ətraflı sual və məlumat üçün isə *5544 qısa nömrəsinə zəng etməyiniz kifayətdir.