Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tailandda orduya gedənlər bəxtinə düşən biletə görə əsgərlikdən azad olunurlar - Oralar necədir?
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 5 720 kilometr uzaqda, Asiyanın cənub-qərbində böyük Budda məbədlərinin, təmtəraqlı kral saraylarının, gözoxşayan çimərliklərin olduğu Tailanddan bəhs olunub.
Bura elə ölkədir ki, səhərlər və axşamlar eyni vaxtda hər yerdə - parklarda, meydanlarda, kino və teatr nümayişindən öncə, stadionlarda və əlbəttə ki, məktəblərdə dövlət himni səslənir. Himni eşidən hər kəs olduğu yerdə durmalı, ayaq saxlamalı, oturubsa, yerindən qalxmalı, hörmət əlaməti olaraq hərəkət etməməlidir.
Ölkədə əsas insan isə Tailandın kralıdır. Əhalisi onu millətin atası, tailandlılar üçün etalon hesab edirlər. Hər bir tailandlı ona hörmətlə yanaşır və haqqında hörmətsiz danışanlar üçün cinayət işi açılır. Amma heç kəs kraldan narazı deyil.
Tailandda kişilər monastırda istədikləri qədər qədər qala bilərlər. Elə olur ki, bir nəfər həyatında bir neçə dəfə monastırda yaşamağa gedir. Bura müəyyən müddətə gələnlər də var, ömürlərini rahiblikdə keçirərək yaşayanlar da. Az müddətə məbəddə zaman keçirənlər ailələri, dünyəvi problemlər və sair haqqında düşünməməli, günlərini məbədi təmizləmək, bir çox işlər görmək və meditasiya etməklə keçirməlidirlər. Ailələri ilə görüşsələr də, həyat yoldaşları ilə səmimi görüşərək qucaqlaşmaq olmaz.
Amma övladlar ataları ilə qucaqlaşa bilərlər. Bütün həyatını rahiblikdə keçirənlər isə heç vaxt evlənmirlər. Orduya getmək məsələsi isə çox maraqlıdır. Burada orduda xidmət etmək üçün bilet çəkmək lazımdır.
Əgər qara bilet çəkilibsə, bir il müddətinə orduda xidmət deməkdir, qırmızı bilet düşübsə, xidmətdən azadsan. Belə maraqlı bir üsulla Tailand ordusu öz əsgərlərini qarşılayır.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Qeyri-qanuni işləyən "həkimlər"in qurbanları: Onlar TV-lərə necə ayaq açırlar?
- Xronika: Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi
- Metroda tibb məntəqələri quraşdırılacaq?
- Bakının mərkəzində tülkü peyda oldu: Maraqlı görüntülər
- Rəsmi Bakı Blinkenin təklifini niyə rədd etdi? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər