Xaçmaz rayonu, Əlif Hacıyev küçəsində yığılıb qalan zibillər təmizlənib.
Bununla bağlı Oxu.Az-a Xaçmaz Yaşıllaşdırma İdarəsinin rəisi Qalib Səfərəliyev məlumat verib.
“Bir neçə gündür zibil maşını ilə yaşadığımız problemə görə zibillər yığılıb qalmışdı. Amma ərazi bu gün tam olaraq təmizləndi”, - o bildirib.
Qeyd edək ki, Ə.Hacıyev küçəsi, 5 nömrəli tam orta məktəbin köhnə binasının qarşısında zibil qutuları dolmuş, ətraf zibillənmişdi.
Problem Oxu.Az-da işıqlandırıldıqdan sonra zibillər ərazidən tam olaraq təmizlənib.
Dursun Tağıyeva