Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.