Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Əjdər Məlikov küçəsində hökm sürən antisanitar vəziyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, Birliyin əməkdaşları sözügedən əraziyə cəlb olunaraq təmizlik işləri aparıblar və antisanitar vəziyyət aradan qaldırılıb.
Qurumdan qeyd edilib ki, ərazi fərdi yaşayış evlərinin sıx yerləşdiyi məhəllədir və yaranan problemin əsas səbəblərindən biri sakinlərin məişət tullantılarının daşınmasına görə ödəniş etməməsidir:
"Problem budur ki, ərazidə yaşayan sakinlərin heç biri zibilin daşınması üçün ödəniş etmək istəmirlər və etmirlər. Bu da öz növbəsində tullantıların daşınmasında problem yaradır", - deyə məlumatda vurğulanıb.


