Sumqayıtda qadınlara, fətva verərək, cihad əl-nikah(seks-cihad) adı altına Suriyaya mücahidlə yaxınlıq üçün yollamaq insan alverçiləri üçün bir vasitədir, onlar bundan istifadə edərək qadınları ölkədən çıxardıb, cinsi istismar edib gəlir əldə edirlər.
Bunu Oxu.Az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova, Sumqayıtda qadınlara seks-cihadla bağlı təbliğat aparılırması ilə bağlı xəbəri şərh edərək deyib.
Mətanət Əzizova hesab edir ki, cihad əl-nikahda gəlir əldə etmət üçün bir vasitədir:
“İnsan alverçiləri, fahişəlikə və digər növ seks biznesinə qadınları cəlb etmək üçün müxtəlif vədlər verirlər, məsələn iş, yüksək maaş, ailə qurmaq. Biz hesab edirik ki, cihad əl-nikahda bir vasitədir ki, bundan insan alverçiləri istifadə edərək yüzlərlə qadınları ölkədən kənar çıxarıb cinsi istismar edirlər və pul qazanırlar. Bu sahədə peşakar psixoloqlar çalışırlar, bilirlər ki, hansı vədlərlə qadınları cəlb etmək olar”.
Qadın Krizis Mərkəzinin rəhbəri qeyd edir ki, bu cür problemlərə insan alveri prizmadan baxmaq lazımdı, dini prizmadan yox:
“Təssüf ki bu problemə ölkədə insan alveri kimi yox, dini prizmadan baxılır, çox vaxt eşitmək mümkündür ki, “qoy gedib qayıtmasınlar”. Suriya gedən qadınları və kişiləri xilas etmek lazımdır, onları ölkədən çıxaran insanlara cəza verilməlidir”.
“Cihad əl-nikah” (seks-cihad) adlanan fitvanın dini əsası olub-olmamasını və mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılması və cənnətə düşüməsi nə qədər doğru olmasını Oxu.Az ilahiyyatçı Elşad Miri ilə dəqiqləşdirib.
Elşad bəy qeyd edib ki, bu bir absurd çağırışdır və dinlə heç bir əlaqəsi yoxdur:
“Ümumiyyətlə İslam dinində belə bir şey yoxdur. Bu fətvanın heç bir əsası yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhər Polis İdarəsi məlumət verib ki, seks-cihad fətvaya bağlı Sumqayıtdakı həvariclər təbliğat aparırlar. Artıq bir qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat yaylıb. Qadın ərini atıb. Polisin şübhəli bilinənlər siyahısına seks-cihada niyyətli olan həvariclərin nümayəndələri də daxildir.
Elvin Əhmədov
www.oxu.az