Qaradağ rayonunda baş verən yanğın söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yanğın yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
22:42
Qaradağ rayonunda yaşayış evi yanır.
Oxu.Az-ın məlumatına görə, hadisə Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində qeydə alınıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğın baş verən ünvana təcili tibbi yardım briqadası çağırılıb.
Əraziyə FHN-nin 4 ədəd yanğınsöndürən maşını cəlb olunub.
Könül Cəfərli