Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qaxda yol qəzası: Beş nəfər xəsarət aldı - FOTO
Qax rayonunda yol qəzası baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanmış “Mercedes” markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza zamanı hər iki avtomobildə olan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Qax rayonu" teqi üzrə xəbərlər
- Qaxda dağlıq ərazidə yanğın baş verib
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
- Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi - Qaxdakı davanın DETALLARI
- İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirən şəxs həbs olunub
- Qaxın donmuş Mamırlı şəlaləsinin əsrarəngiz mənzərəsi
Ən çox oxunanlar