Quba-Xınalıq yolunda torpaq sürüşmələri davam edir.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, sürüşmə yolun 30-cu kilometrliyində qeydə alınıb.
Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Yolun 37-45-ci kilometrlərində isə qalın qar örtüyünün olduğu bildirilir.
Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolun açılması üçün əraziyə cəlb olunublar.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, son günlər Quba raonunun bir neçə kəndində torpaq sürüşmələri qeydə alınıb.