Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ramiz Tahirovun oğluna YÜKSƏK VƏZİFƏ verildi
Azərbaycan ilk dəfə NATO-nun "Dəniz Təhlükəsizlik Mükəmməlliyi" (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.
Qeyd edək ki, K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşe köməkçisidir.
Ən çox oxunanlar