Nəhəng “Rezin ördək” əsəri ilə tanınan rəssam Florentin Hofman yeni nəhəng art-instalyasiya ilə geri qayıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Etoday.ru saytı məlumat yayıb.
Saytın məlumatına görə, günəş şüaları altında qaralan dovşan hazırda Sankt-Peterburqda (Rusiya) Petropavlovsk qalasının yaxınlığındakı Dovşan adasında yerləşdirilib.
Onun uzunluğu 15, eni 8, hündürlüyü 2,5 metrdir. Heykəl nazik ağac materialla örtülüb və dörd rəngdə rənglənib – çəhrayı, narıncı, yaşıl və boz.