Sabah, iyulunun 4-də, saat 10:00-dan 20:00-dək Azərbaycanın 10 rayonuna qaz verilişində məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) çərşənbə günü yayılmış məlumatında deyilir.
Məlumata görə, təmir işləri aparılan müddətdə Yevlax, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Cəlilabad və Masallı rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
Elvin Əhmədov
www.oxu.az