Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, həmin şəxslərdən iki ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.
"Şabran Rayon Polis Şöbəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar