Ötən gün Şabranda baş verən qəzada ölən sürcünün şəxsiyyəti məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəzada dünyasını dəyişən şəxs “Vaz 2107” markalı avtomobillin sürücüsü, Şabran şəhər sakini, 37 yaşlı Rauf Sadıq oğlu Sadıqovdur.
Hazırda faktla bağlı araşdırma aparılır.
30 noyabr, 20:29
Şabranda ölümlə nəticələnən ağır qəza baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Qəza “VAZ 2107” markalı avtomobillə “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır. .
Emin Xan