Bakının Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsi paytaxtın ən sıx tikililərinin müşahidə olunduğu ərazilərdən biridir.
Burada binalar bir-birinə çox yaxın inşa edildiyindən fövqəladə hallar zamanı təxliyə ciddi problemə çevrilir. Sakinlər bildirirlər ki, binalara giriş-çıxışı təmin edən keçidlərdən keçərkən çətinlik çəkirlər:
"Buradan keçəndə əyilməli oluruq, başımızı vurub əzirik. Bu məsələni həll etmək lazımdır".
Bakı Memarlıq Layihələri Bürosunun rəhbəri Məmməd Məmmədov məsələ ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, çoxmərtəbəli binaların inşasında ən diqqət yetirilməli məqamlardan biri təhlükəsizlikdir:
"Təəssüf ki, bəzən binalar bir-birinə çox yaxın inşa edilir. Bu, yanğın təhlükəsizliyi baxımından, eləcə də insanların yaşayışına mane olması cəhətdən problemlərə yol açır. Təhlükəsizlik qaydaları mütləq nəzərə alınmalıdır. Əks halda, bu həm sakinlərin həyatına təhlükə yaradır, həm də şəhərin inkişaf planına ziddiyyət təşkil edir".
Daha ətraflı videomaterialda: