Abşeron rayonunun Novxanı kəndinin Salatın Əsgərova küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermanın fəaliyyətindən narazılıq edirlər.
Sakinlərin sözlərinə görə, milçək, pis qoxu səbəbindən evlərində rahat yaşaya bilmirlər.
"Gecə saat 1-dən sonra qoxuya dözmək olmur. Aidiyyəti qurumlardan gəlirlər, baxıb gedirlər. Köçüb gedək buradan?! Milçəklərin əlindən evə girə bilmirik, uşaqları qotur tutub. Bura yaşayış yeridir. Niyə ferma tikilməsinə icazə verilir?", - deyə sakinlər şikayətlərini bildiriblər.
Ətraflı Baku TV-nin süjetində: