Almaniyada xüsusi təyinatlı polis bölmələri "Reyx vətəndaşları" qruplaşmasının üzvü olmaları ehtimal edilən şəxslərin evlərində axtarışlar aparıb.
Oxu.Az bu barədə "Mitteldeutscher Rundfunk" resursuna istinadla xəbər verir.
Onlar Almaniyada dövlət quruluşunu zorakılıqla devirmək niyyətində olan terror təşkilatına mənsub olmaqda ittiham olunurlar.
Bildirilir ki, axtarışlar zamanı ümumilikdə üç nəfər saxlanılıb.
Federal prokurorluğun məlumatına görə, qruplaşma 2021-ci ilin noyabr ayının sonundan gec olmayaraq, parlament seçkisindən bir ay sonra yaradılıb.