Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
"Qaz İxrac" İdarəsinə məxsus "Qaradağ-Səngəçal" yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, "Semzavod" və "Sənqəçal" QPS-lərdə, "Gips Zavodu" ölçü qovşağında yaranmış qaz sızmalarınin ləğvi məqsədilə 18.12.2024-cü il saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bununla əlaqədar, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivlərinin, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələrinin, Yol evləri, Bağ evləri adlanan yasayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Biləcərinin bir hissəsində qaz olmayacaq
- Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq
- Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Texniki müayinələrə şərait yaratmayan abonentləri nə gözləyir? - "Azəriqaz" rəsmisi aydınlıq gətirdi