Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Astara rayonunun 4 kəndində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Tüləgivan istiqamətində qaz kəmərinin kipliyə yoxlanılması üçün Tüləgivan, Deqədi, Səlivə və Ojəkəran kəndləri olmaqla ümumilikdə 920 abonentin qaz təchizatının 30 avqust tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.
Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Şamaxı" ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı" ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
Rəylər