Bakının Suraxanı rayonunun Hövsan kəndində içməli su təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində 1 sentyabr günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12