Şamaxıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qəza zamanı 99-NO-086 dövlət nömrə nişanlı, “Qazel” markalı avtomobillə 90-ZR-192 dövlət nömrə nişanlı, “VAZ-2107” toqquşub.
Hadisə nəticəsində “Jiquli”nin sürücüsü yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Samir İsayev