Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes-Benz” markalı sərnişin avtobusu və “Mack” markalı yük avtomobili toqquşub, bir nəfər sərnişin müxtəlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.



13:54
Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.
Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.
Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” - “Mingəçevir” görüşü təxirə salınıb.
Faiq Tahirov