Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Samir Məmmədov: "70 qurumun 100-dən çox informasiya sistemi rəqəmsallaşdırılıb"
"Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri yenilənmiş "Mygov" rəqəmsal hökumət platformasının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O bildirib ki, rəqəmsal hökumətin quruculuğu dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur:
"Bu istiqamətdə dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə "Digital Bridge" - Milli Məlumat Mübadiləsi sistemi təqdim olunur.
Milli Məlumat Mübadiləsi sistemi keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla dövlət qurumları arasında məlumat sürətli mübadiləsini mümkün edir. Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib. "Digital Bridge" üzərindən aparılan məlumat tranzaksiyasının sayı isə önəmli irəliləyiş əldə edərək 1 milyardı keçib".
Məhərrəm Əliyev
Daha çox foto burada: PhotoStock.az
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- Taksi sürücüləri imtahan verdilər
- Kibermühitdə uşaqlara nəzarət etmək nə dərəcədə mümkündür? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib
- Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib