Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəmkirdə yararsız tibb müəssisəsi fəaliyyət göstərir?
Şəmkirdə yararsız halda olan tibb müəssisəsinin yalnız kiçik bir hissəsində ambulator tibbi xidmət göstərilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, sosial şəbəkədə Şəmkirdə yararsız hala düşən tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib:
"Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən stasionar tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür".
Məlumata görə, bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
Qeyd olunub ki, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı
- 4 qızdan sonra oğul övladını dünyaya gətirən ana doğuş zamanı öldü - Körpə də həyatını itirdi
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
- Rəşad Mahmudov: "Bəzi hallarda audit qorxuya və qərarın ehtiyatla qəbuluna səbəb olur"
- Gəncədə bir ailənin beş üzvü ZƏHƏRLƏNDİ: Araşdırmalara başlanılıb