Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazidə batmış üçüncü şəxsin, 2006-cı il təvəllüdlü Rəvan Tacıəhməd oğlu Bəşirzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
:640.jpg)