Xəzər rayonunda 16 yaşlı yeniyetməni avtomobil vurub.
Oxu.Az xəbər verir ki, hadisə Zirə qəsəbəsində baş verib.
Minik avtomobili yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Pirkina Sevinc Əlihüseyn qızını vurub.
Hadisəni törədən sürücü yaralını xəstəxanaya aparıb.
Ona başın təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu