Tərtərdə avtomobildən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S.İsgəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.