Siz Azərbaycanda öz uşaqlarınıza Atatürk və ya Samovar adını verə bilməzsiniz.
Oxu.Az Haqqın.az-a istinadən bildirir ki, bu başlıq altında Eurasianet.Org internet-nəşrdə belə bir yazı çıxıb.
Materialın müəllifi Georgiy Lomsadze Azərbaycanda “ad” siyasətindən söz açaraq, yazır:
“Azərbaycan hakimiyyəti ciddi nəzarət edir: onlar qərara alıblar ki, ölkə vətəndaşları uşaqlarını Mustafa Kamal Atatürkün, sevimli meyvə və ya başqa əşyaların şərəfinə adlandırmasınlar. Ankara ilə uzun illər sıx əməkdaşlıqdan sonra Bakı türk əqrəbasına yalnız bir Atatürkün ola bilməsinə əmin etməyə qərara alır. Yeri gəlmişkən, son illərdə doğulmuş uşaqlardan 18-i bu adı daşıyır. Komissiyanın sədri Sayalı Sadıqova bildirib ki, bu adın qeyri-rəsmi qadağasına Türkiyə özü təşəbbüs göstərib. Türkiyə Xarici İşlər Nazirliyi bu informasiyanı təsdiqləmədi. Dil avtoritarizmi bununla bitmir: məsələn, valideynlərə öz uşaqları nə qədər oxşasa da, Samovar adını vermək qadağan edilib. Bu uşaqların xeyrinədir”, - müəllif istehza ilə bildirib.
“Artıq neçə ildir ki, Azərbaycan vətəndaşları uşaqlarının adlarını hakimiyyət ilə razılaşdırmalıdırlar, onomastika üzrə komissiya isə sanki redaktə və dəqiqləşdirmə xidmətinə çevrilib. Bundan əlavə komissiya: “yaxşı”, “pis”, və “məzəli” adlardan ibarət, adlar təsnifi yaradıb”.
“Yaxşı” – bu avtomatik olaraq “yaşıl işıq” verilən adlardır. Bura komissiyanın fikrincə Azərbaycan mədəniyyət və ideologiyasına müvafiq olan adlar daxildir. “Pis” – qayda olaraq erməni adları. “Məzəli” – azərbaycan dilində uğursuz səslənən adlardır belə adları uşaqlara vermək tövsiyə olunmur.
Yenə də, azərbaycan adlarının yaxşılaşdırılması yönümündə aparılan işlərə baxmayaraq, məzəli adlar ciddi problem olaraq qalır. Hələ 2011-ci ildə Sayalı Sadıqova şikayət edib ki, 180 min yeni doğulan uşaqların 10%-i azərbaycan dilində gülməli səslənən və standartlara uyğun olmayan adlar alıb. Amma sədr sovet dövründə çox məşhur olan Olya və Qalya adlarının Əli və Aygün adı ilə əvəz olunmasından çox razı qaldığını söylədi.
“Amma yenə də əgər siz öz körpənizə Kişmiş adını vermək istəyirsinizsə, deyə bilərəm ki, ilk baxışda şirin səslənir” - deyə, müəllif sözünə yekun verib.