Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynada olan azərbaycanlı TIR sürücüsü: “Pulum, yanacağım bitib, çarəsiz qalmışam” - FOTO/VİDEO
Azərbaycanlı sürücü Ukraynada çarəsiz vəziyyətdə qalıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən videoda sürücü Qəhrəman Feyzullayev özü məlumat verir.
Onun sözlərinə görə, o, fevralın 23-dən Ukrayna ərazisinə daxil olub:
“Mən “Volvo” markalı 99-EA-174 dövlət nömrə nişanlı TIR ilə gömrükdən keçib Ukraynanın Melitopol ərazisinə yük gətirmişəm. Ukraynada başlayan müharibəyə görə heç yerə gedə bilmirəm. Melitopolda yoldaşlarla əlaqə saxladım. Onlar dedilər ki, çıxış yolu Odessadan keçərək Moldova sərhədinə getməkdir. Mən də Xerson vilayətinə tərəf yola düşdüm. Xerson vilayətinin Novo Kaxovka şəhərində məni saxladılar, telefonumu postda əlimdən aldılar. Pulsuz, yanacaqsız, çox acınacaqlı vəziyyətdə qalmışam. Hara ilə əlaqə saxlasam da deyirlər ki, “gözləmək lazımdır, nə vaxt “yaşıl dəhliz” açılar o vaxt çıxarsınız”. Hava soyuqdur. Avtomobildəki isitmə sistemi sutkada 10-15 litr yanacaq yandırır. Artıq yanacaq da bitir, çarəsiz qalmışam”.
View this post on InstagramƏn çox oxunanlarDigər xəbərlər
Rəylər