Son zamanlar sosial şəbəkələrdə azyaşlı uşaqların meyxana məclislərində iştirak etdiyini əks etdirən görüntülər yayılır. Hətta uşaqlar hansısa söz ustadının bədahətən söylədiyi meyxananı əzbərləyir və onların qarşısında mikrofonu əllərinə alıb çıxış edirlər.
Azyaşlı uşaqların qeyri-etik ifadələrin də işləndiyi məclislərdə iştirakı birmənalı qarşılanmır.
Meyxana məclisləri necə olmalıdır?
Folklorşünas alim Qalib Sayılov Oxu.Az-a verdiyi açıqlamada deyib ki, bədiyyə sənəti hələ İslamaqədərki dövrdən mövcud olub.
Qalib Sayılovun sözlərinə görə, bayağı, söyüşlərlə müşayiət olunan məclislərdə nəinki azyaşlıların, eyni zamanda, yeniyetmələrin də iştirakı düzgün deyil. Bu onların formalaşmasına, pisixikasına mənfi təsir göstərir.