Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə mənzillərinin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Daha çox foto burada: PhotoStock.az
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.