Sabunçu rayonu ərazisində evlərdən birində oğurluq hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş F.Ağayev və E.Qəhrəmanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər qonşuluqda yaşayan sakinin evinə daxil olaraq oradan 8 800 manat dəyərində kombi, su mühərriki və digər məişət əşyalarını oğurlayıb, daha sonra isə satıblar.
Fakt üzrə araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12