Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yanğın zamanı xəsarət alanların adları məlum oldu
Respublika Narkoloji Mərkəzdə baş verən yanğın zamanı xəsarət alanların adları məlum olub.
Bu barədə Oxu.Az-ın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində olan müxbiri məlumat verib.
Mərkəzə yerləşdirilən Kərimov Vüqar Fikrət oğlu (48 yaş), Nadirov Kamal Ramiz oğlu (35 yaş) və Qafarov Rafiq Hüseynxan oğlu (35 yaş) ilkin müayinədən sonra evə buraxılıb.
İmranov Namiq Əyyub oğlu (31 yaş) sonradan mərkəzə gətirilib, hazırda müalicəsi davam edir.
Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 24 nəfər ölüb.
Elvin Paşazadə
www.oxu.az
Rəylər