Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq ölüb
Yardımlıda kişi qayadan yıxılaraq ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Ədalət Bayraməli oğlu Qasımov kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb. Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Yardımlı rayonu" teqi üzrə xəbərlər
- Yardımlı Təhsil Sektorunun binası intensiv yağışlardan ZƏRƏR ÇƏKİB
- Yardımlıda zəlzələ olub
- Yardımlıda 12 kiloqram narkotik vasitə aşkarlanıb
- Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU
- Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: "Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur"
Ən çox oxunanlar