ABŞ Ali Məhkəməsi Birləşmiş Ştatlar Administrasiyasının tələbini təmin edib və miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı aradan qaldırıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar Ali Məhkəmənin saytında dərc olunub.
Məhkəmənin beş üzvü qadağanın aradan qaldırılmasına, dördü isə qərarın əleyhinə səs verib.
Beləliklə, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı ləğv edilib.