Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə 23 avqust saat 11 radələrində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini Nazim Nail oğlu İsayevin etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobil Yevlax şəhəri, Füzuli küçəsində 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Mahmud Talıb oğlu Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax Şəhər Mərkəzi Xəstəxanaya aparılıb. O, ötən gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.