Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yol Polisi sürücülərə xəbərdarlıq etdi
Son zamanlar tez-tez yol-nəqliyyat hadisələri baş verir. Baş verə biləcək qəzaların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Yol hərəkət iştirakçılarının maarifləndirilməsi və təhlükəsizlik qaydalarına əməl etməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi hansı addımlar atır?
Bu barədə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış rəsm bukletləri mütamadi olaraq sürücülərə və piyadalara təqdim olunur. Belə tədbirlər ölkə ərazisində, DYP stasionar postlarda, xüsusi ilə şəhərlərin küçə və prospektlərində sürücülərə və piyadalara təqdim edilir.
“Bu cür tədbirlərin əsas mahiyyəti yol hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı, sürücüləri uşaqlar tərəfindən çəkilmiş yol hərəkəti təhlükəsizliyinə aid rəsm işləri ilə tanış edib, yol hərəkəti qaydalarını pozmamağa dəvət etməkdən ibarətdir.
Maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir”, - deyə R.Quliyev qeyd edib.
Polis polkovnik-leytenantı vurğulayıb ki, hər bir yol polisinin əsas funksional vəzifələrindən biri - yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasıdır:
“Bunun üçün davamlı olaraq əməkdaşlarımız tərəfindən lazımi tədbirlər görülür. Bunu maarifləndirmə yolu ilə etmək olduqca vacibdir. Müasir dövrdə əhali sosial şəbəkələrə böyük maraq göstərir. DİN-nin rəhbərliyi bunu nəzərə alaraq DİN BDYPİ-nin fəaliyyəti ilə bağlı geniş məlumatlandırılması, eləcə də maarifləndirici tədbirlərin keçirilməsi üçün “dyp.polisazerbaycan” adlı instagram səhifəsi yaradılmasına göstəriş vermişdir.
Həmin səhifədə geniş şəkildə baş verən yeniliklər və vacib olan məlumatlar ictimaiyyətə təqdim olunur. Odur ki, “dyp.polisazerbaycan” adlı instagram səhifəsini izlənməsinə yol hərəkət iştirakçılarını dəvət edirik”.
R.Quliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edib.
İlhamə Əbülfət
Son zamanlar tez-tez yol-nəqliyyat hadisələri baş verir. Baş verə biləcək qəzaların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Yol hərəkət iştirakçılarının maarifləndirilməsi və təhlükəsizlik qaydalarına əməl etməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi hansı addımlar atır?
Oxu.Az-a bu barədə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış rəsm bukletləri mütamadi olaraq sürücülərə və piyadalara təqdim olunur. Belə tədbirlər ölkə ərazisində, DYP stasionar postlarda, xüsusi ilə şəhərlərin küçə və prospektlərində sürücülərə və piyadalara təqdim edilir.

Rəylər