Şəmkir rayonunun Morul kəndində yol qəzası baş verib.
Oxu.az xəbər verir ki, yük maşını dərəyə aşıb.
Yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü Qurbanov Eldəniz Arif oğlu idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.
O, aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev